Вернуться назад Распечатать

"Koroğlu" Təbrizdə səhnəyə qoyulacaq

Noyabrın 26-dan 30-a kimi Təbrizdə Azərbaycan dilində "Koroğlu" tamaşası səhnəyə qoyulacaq.

1xeber.media xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, Təbrizin Xavəran mədəniyyət kompleksində səhnəyə çıxarılacaq tamaşanın biletlərinin əksəriyyəti satılıb.

Tamaşanın ssenari müəllifi və rejissoru Əsgər (İlqar) Abididir.

Qeyd edək ki, bundan əvvəl yanvar ayının 17-də Urmiya şəhərində də səhnəyə qoyulan "Koroğlu" tamaşası rəğbətlə qarşılaşmışdı.