Вернуться назад Распечатать

Yaqub Məmmədovun oğlu İctimai Şura üzvü oldu

Bu gün Maliyyə Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

1xeber.media xəbər verir ki, qeydiyyatdan keçmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə obyektiv və şəffaf şəkildə keçirilən səsvermə nəticəsində "İctimai iştirakçılıq haqqında" Qanuna uyğun olaraq aşağıda adları qeyd olunan 7 nəfər Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib:

Babayev Mehdi Nadir oğlu – "Gənc Mühasiblər" İctimai Birliyinin üzvü

Novruzova Nuriyyə Zakir qızı – "Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası"nın İdarə Heyətinin sədri

Əhmədov İnqilab Ağacan oğlu – Xəzər Universitetinin Həmkarlar Təşkilatının üzvü

Kərimli Əyyub Zöhrab oğlu – "İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri

Sadıqov Elman Kamil oğlu – "Ekoloji və Aqrar İnkişaf" İctimai Birliyinin üzvü

Əzizov Anar Çingiz oğlu – "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin üzvü

Məmmədov Elşad Yaqub oğlu – Odlar Yurdu Universitetinin Həmkarlar İttifaqı Komitəsinin üzvü

Həmin Qanuna əsasən Şuranın səlahiyyət müddəti 2 ildir və hər iki ildən bir vətəndaş cəmiyyəti institutları Şuranın yeni tərkibini seçir.