Ukrayna korrupsiyaya münasibətini dəyişməsə, Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcək.
1xeber.media xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Polsat telekanalında bildirib.
Nazir Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Taras Kaçka ilə görüşdüyünü və bu görüşdə ona korrupsiya probleminin Kiyevin Aİ-yə daxil olmasına maneə ola biləcəyi barədə xəbərdarlıq etdiyini bildirib.
"O, məndən eşitdi ki, Qərbin etimadını itirməyin ən asan yolu korrupsiyaya dözməkdir. Əgər Ukrayna korrupsiyaya dözməkdə davam edərsə, o, Avropa Birliyinə daxil olmayacaq", - o vurğulayıb.