Вернуться назад Распечатать

Vüqar Novruzov kollektivə təqdim olundu

Azərbaycan Prezidentinin Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Vüqar Novruzov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

1xeber.media  xəbər verir ki, təqdimatı Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

V.Novruzov ona göstərilən etimada görə minnətdarlıq edib.