UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində keçirilən “Fənərbağça” - “Viktoriya Plzen” matçından sonra hər iki komanda cərimələnib.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, “Plzen” azarkeşləri üzərində çex dilində “Türklərlə savaş olmalıdır” sözləri yazılmış əsgər təsviri olan pankart nümayiş etdiriblər.
UEFA pankartı irqi ayrıseçkilik hesab edib və komandaya 15000 avro məbləğində cərimə tətbiq edib.
“Fənərbağça” isə klubun səhv davranışı, stadiona dəyən ziyan, məşəllərin yandırılması, meydançaya yad cisimlər atmaq səbəbindən 78 500 avro məbləğində cərimə edilib.