“Real” Mənzil-Tikinti Kooperativinin təsisçisi və rəhbəri İlham Qasımovdan şikayət var.
1xeber.media xəbər verir ki, bu barədə “Unikal”a İ.Qasımovun sürücüsü Əliyev Elşən Ağamirzə oğlu məlumat verib. O bildirib ki, 1 il 2 ay ərzində İlham Qasımovun sürücüsü işləyib:
“Əməkhaqqım 800 manat müəyyənləşmişdi. Danışıq üçün əlavə pul da verməli idi. Buna baxmayaraq, İlham Qasımov 14 ay ərzində mənə cəmi 1000 manata yaxın pul verdi. Onu da hissə-hissə vermişdi.
Hazırda mənə ümumilikdə 8 min manatdan çox borcu var. İşdən çıxdıqdan sonra əlaqə saxlasam da, əməkhaqqımı verməkdən boyun qaçırdı”, - deyə şikayətçi qeyd edib.
Xatırladaq ki, “Real” MTK-nın rəhbəri İlham Qasımov məhkumluq həyatı da yaşayıb. O, 2016-cı ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək 15 il müddətinə həbs edilib. Daha sonra isə azadlığa çıxıb.