1xeber.media xəbər verir ki, Polşanın baş naziri Donald Tusk xəbərdarlıq edib ki, Ukrayna korrupsiya ilə mübarizə apara bilməsə, Rusiya ilə münaqişədə uduzacaq.
"Mən bu məsələdə söz sahibi olan hər kəsə xəbərdarlıq edirəm: korrupsiyadan çəkinin, çünki buna dözsəniz, müharibəni uduzacaqsınız", - Tusk bildirib.
Polşa baş nazirinin sözlərinə görə, korrupsiya Qərb tərəfdaşlarının etibarını sarsıdır və Kiyevə beynəlxalq dəstəyin saxlanmasına mane olur.