Avropa İttifaqı (Aİ) yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz noyabrın 14-də Berlində Kipr prezidenti Nikos Xristodulides ilə birgə mətbuat konfransında bildirib.
Merz mətbuat konfransında deyib: “Biz yaxın həftələrdə Avropa İttifaqı daxilində yeni sanksiyalar paketi hazırlayacağıq”.
Kanslerin sözlərinə görə, Avropa ölkələri hazırkı sanksiyaların təsirini davam etdirdiyinə əmindirlər.