Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vətəndaşların aylıq ödəniş etməklə mərhələli şəkildə ev sahibi olmasına imkan yaradır. Bu model həm ilkin yükü azaldır, həm də rahat şərtlərlə yaşayış sahəsinin əldə edilməsini təmin edir.
1xeber.media kirayə mənzil üsulu ilə ev almaq istəyənlər üçün əsas sualları və cavabları təqdim edir. Bəs hansı sənədlər lazımdır?
Ev sahibi olmaq üçün müraciət edən şəxslər aşağıdakı ilkin sənədləri təqdim etməlidir:
Gücləndirilmiş elektron imza sertifikatı (e-imza və ya ASAN imza)
Elektron İpoteka və Kredit Zəmanət Sistemində e-imza ilə yaradılmış elektron kabinet