Вернуться назад Распечатать

Rəsmilər konsertdə

Əfsanəvi tenor Plasido Dominqonun Heydər Əliyev Mərkəzində baş tutan konsertini bir sıra rəsmilər də izləyib.

1xeber.media-nın məlumatına görə, onların sırasında Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, baş prokuror Kamran Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyev olub.

Qeyd edək ki, gecədə C.Puççi, C.Verdi, P.Maskani kimi dünya klassiklərinin bəstələri səslənib. Həmçinin Dominqonun tamaşaçılara sürprizi olub. Belə ki, əfsanəvi müğənni və gecənin digər ifaçıları “Küçələrə su səpmişəm” xalq mahnısını birlikdə ifa ediblər.