Вернуться назад Распечатать

Maydanda Zelenskiyə qarşı mitinq keçirilib

1xeber.media xəbər verir ki, “Ölkənin siyasəti” Telegram kanalının məlumatına görə, Kiyevin Müstəqillik meydanında korrupsiyaya və prezident Vladimir Zelenskiyə qarşı mitinq keçirilib.

Telekanalın məlumatına görə, meydana təxminən 100 nəfər toplaşıb. Onlar əllərində “Zelenski cinayətkardır” yazılan və istefaya çağıran lövhələr asıblar. Etirazçılar həmçinin korrupsiya əleyhinə şüarlar da nümayiş etdiriblər.

Bundan əvvəl Ukraynalı antikorrupsiya fəalı Mariya Barabaşın Kiyevdə mitinq təşkil etdiyi bildirilirdi.

Noyabrın 13-də Ukraynada Ukrayna liderinə qarşı etiraz aksiyalarına hazırlıqların başladığı bildirilirdi.