Aktyor Elməddin Cəfərov prodüseri olduğu “Qız atası” serialının yayımının dayandırılacağını açıqlayıb.
1xeber.media xəbər verir ki, o, bu barədə “İkibaşlı” proqramında danışıb.
Aktyor bildirib ki, bu ilin sonunda serial final edəcək:
“Bacanaqlar” serialı 10 il davam etdi. Düşündüm ki, bu rekordu keçə bilərəm? Keçdim, “Qız atası” 12 davam etdi. Hər şeyi ən yaxşı vaxtında dayandırmaq lazımdır. Tamaşaçı dayandır deməməlidir, özün etməlisən”.