ABŞ prezidenti Donald Tramp BBC-ni böhtana görə məhkəməyə vermək niyyətini təsdiqləyərək, yayımçının onun çıxışını redaktə edərək təhrif etdiyini iddia edib.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 15-də “The Guardian” nəşri məlumat yayıb.
"Biz onları 1 milyard dollardan 5 milyard dollara qədər, yəqin ki, gələn həftə məhkəməyə verəcəyik. Biz bunu etməliyik", - o deyib.
Tramp həmçinin Britaniyanın baş naziri Keir Starmerlə məsələni hələ müzakirə etmədiyini bildirib.