Вернуться назад Распечатать

Aydın Əliyevin nəvəsi gümüş medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə jiu-jitsu üzrə uşaqlar arasında dünya çempionatı keçirilib. 

1xeber.media xəbər verir ki, bu nüfuzlu beynəlxalq yarışda Azərbaycanı təmsil edən idmançımız Əli Əliyev yüksək peşəkarlıq nümayiş etdirərək gərgin mübarizələrdən sonra dünya çempionatının gümüş medalına layiq görülüb. 

Xatırladaq ki, Əli Əliyev 2024-cü ildə də jiu-jitsu üzrə dünya çempionatında bürünc medal qazanaraq ölkəmizi layiqincə təmsil edib.

Qeyd edək ki, Əli Əliyev DGK-nın keçmiş sədri Aydın Əliyevin nəvəsidir.