Вернуться назад Распечатать

Gədəbəydə zəncirvari qəza: Yaralananlar var

Gədəbəydə yük avtomobillinin iştirakı ilə zəncirvari qəza olub.

1xeber.media nın məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Hərəkətdə olan "Kamaz" markalı yük maşını idarəetmədən çıxaraq "VAZ 2107" və "VAZ 2104" markalı minik avtomobillərinə çırpılıb.

Qəzada 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Xəsarət alanlar 1967-ci il təvəllüdlü O.İbrahimov və 2000-ci il təvəllüdlü Ç.Yolçiyevdir.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.