Вернуться назад Распечатать

Bərdədə 3 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Bərdədə faciə baş verib, quyuya düşən 3 yaşlı uşaq ölüb.

1xeber.media apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Mehdili kəndində baş verib. Belə ki, kənd sakini 2022-ci il təvəllüdlü Ayaz Cəfərov yaşadığı evin həyətində yerləşən quyusuna düşərək ölüb.

Faktla bağlı araşdırma başlanıb.