1xeber.media xəbər verir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yeni baş katibi Türkiyə Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, Türkiyənin BMT-dəki keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlu olub.
Bu barədə təşkilatın hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq məlumat verib.“ATƏT-in yeni rəhbərliyini təbrik edirik! Feridun Sinirlioğlu baş katibdir”, - o, X sosial şəbəkəsində yazıb.Eyni zamanda, Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Mariya Telalyan , Kristof Kamp (Hollandiya) ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı, Yan Bratu (Norveç) isə KİV azadlığı üzrə nümayəndə olublar.ATƏT-in əvvəlki baş katibi 2020-ci ilin dekabrından bu vəzifəni icra edən Helqa Şmidt olub. Onun üç illik səlahiyyət müddəti uzadıldı və nəhayət, 2024-cü ilin sentyabrında başa çatdı.