
Əməkdar artist Yadigar Muradovla vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.
1xeber.media xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Yaşar Muradov məlumat verib.
O bildirib ki, Yadigar Muradovla vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq.
Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.