Вернуться назад Распечатать

Zelenski sabah Türkiyəyə gedir

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edəcək.

1xeber.media xəbər verir ki, Ukrayna lideri bu barədə məlumatı “X” hesabında açıqlayıb. 

Səfər noyabrın 19-da baş tutacaq. 

“Danışıqların aktivləşdirilməsinə hazırlaşırıq və tərəfdaşlarımıza təklif edəcəyimiz hazır həllərimiz var. Müharibənin sonunu yaxınlaşdırmaq üçün var gücümüzlə çalışmaq Ukraynanın birinci prioritetidir. Həmçinin əsirlərin mübadiləsini və qaytarılmasını bərpa etmək üçün səy göstəririk”, - Zelenski yazıb.