Вернуться назад Распечатать

Bu il Azərbaycanda neçə kəndə qaz verilib? - "Azəriqaz" AÇIQLADI

2025-ci ildə ümumilikdə 14 kəndə qaz verilib.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

"Regionlarda cari ilin əvvəlinə 2500-ə yaxın qazlaşmış yaşayış məntəqəsi və 900-ə yaxın qazlaşmayan kənd olub. Cari ildə 14 kəndə qaz verilib. Qazlaşma işləri tamamlanmış 6 kəndə isə qazın verilməsinə hazırlıq işləri aparılır, 12 kənddə isə qazlaşma işi davam edir. Bundan əlavə, cari ildə 14 yeni yaşayış massivinə qaz verilib,  qazlaşma işləri tamamlanmış 8 massivə qazın verilməsinə hazırlıq işləri aparılır, 2 massivdə isə iş davam edir", - o deyib.

modern.az