Вернуться назад Распечатать

Elşən Həsənli sakinlərlə ilk görüşünü keçirdi

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının əhali ilə müntəzəm olaraq keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.

1xeber.media  xəbər verir ki, bir neçə gün öncə Kürdəmirin icra başçısı təyin olunan Elşən Həsənli Z.Əhmədov adına Şilyan kənd tam orta məktəbdə Şilyan və Qarasu kəndlərinin sakinləri ilə görüşüb.

E.Həsənlinin vətəndaşlarla təşkil olunmuş ilk görüşündə RİH başçısının müavinləri və şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Elşən Həsənli çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.