Вернуться назад Распечатать

Ermənistan prezidenti Gürcüstana gedir

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Gürcüstana rəsmi səfər edəcək.

1xeber.media xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Səfər noyabrın 19-da baş tutacaq. Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin iqamətgahında rəsmi mərasim keçiriləcək, ardınca birgə mətbuat konfransı keçiriləcək.

Xaçaturyanın qonşu ölkəyə son rəsmi səfəri 2022-ci ilin may ayında olub.