Вернуться назад Распечатать

Naxçıvanda Perinatal Mərkəzin qapısı qanunsuz blomblandı…

Naxçıvanda Perinatal Mərkəzin qapısı qanunsuz blomblandı… 

1xeber.media xəbər verir ki,bu barədə Facebook istifadəçisi Sima Babayeva adlı şəxs paylaşım edib.

Babayevanın sözlərinə görə,Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxovun şifahi göstərişi ilə Muxtar Respublika Səhiyyə nazirliyinin inzibati idarəetmə şöbəsinin müdiri Tahir Məmmədli və nazirliyin tabeliyində fəaliyyət göstərən Perinatal Mərkəzin direktorunun inzibati məsələlər üzrə müavini Elnur Quliyev vəzifə səlahiyyətlərini aşaraq vəzifə cinayəti törətməklə Perinatal Mərkəzin hal-hazırda bülletendə olan direktoru Günel Abdiyevanın xidməti otağının qapısını iş vaxtından sonra (18.11.2025-ci il saat 20:17)
heç bir izahı mümkün olmayan hərəkətlər etməklə direktorun və köməkçinin otağa girişinin qarşısını almaq məqsədi ilə kağız parçası ilə möhürləyərək özbaşınalıq etmişlər.

Hüquq mühafizə orqanlarından bu məsələyə hüquqi qiymət verilməsi xahiş olunur.Ardı var…