Вернуться назад Распечатать

Azər Məmmədovun növbəti vətəndaş qəbulu Zaqatalada olacaq

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Zaqatala rayonunda vətəndaş qəbulu keçirəcək. 

1xeber.media xəbər verir ki, qəbul 21 noyabr saat 11:00-da Zaqatala Regional Qaz İstismarı İdarəsinin inzibati binasında (Ünvan: Faiq Əmirov küçəsi, dalan 1/11) baş tutacaq. 

Görüş zamanı Balakən və Zaqatala rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Bildirilib ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel: 050-845-94-21; 050-845-71-02) müraciət edə bilərlər.

Qeyd olunub ki, 28 noyabr tarixinə nəzərdə tutulmuş vətəndaş qəbulu 21 noyabr tarixinə keçirilib.