Вернуться назад Распечатать

BNA-nın həbs olunan keçmiş rəsmisi yenidən mediaya qayıtdı

Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri olmuş Mais Ağayevdən xəbər var.

1xeber.media xəbər verir ki,“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, peşəcə jurnalist olan və BNA-dan öncə İctimai Televiziyada çalışmış Mais Ağayev yenidən mediaya qayıdıb.

Onun budəfəki iş yeri Real TV-yə bağlı Real FM radiodur.

2023-cü ildə Bakı Nəqliyyat Agentliyi ləğv edildikdən sonra Mais Ağayev Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) Vətəndaşlarla iş və çağrı mərkəzinin rəhbəri təyin olunsa da, buradakı işi uzun sürmədi. Ləğv edilmiş BNA-nın rəhbər şəxsləri haqqında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaldırılmış cinayət işinə o da cəlb olundu.

Baş Prokurorluq BNA-da əməliyyat keçirərək bir sıra şəxsləri məsuliyyətə cəlb etmişdi. Bu əməliyyat çərçivəsində Mais Ağayev saxlanılmış, 2 ay sonra isə sərbəst buraxılmışdı.

BNA-nın keçmiş mətbuat katibinin azadlığa buraxıldıqdan sonra Azərbaycanı tərk edərək Türkiyəyə getmişdi.