Вернуться назад Распечатать

Mixail Xodorkovski terrorçu və ekstremistlər siyahısına əlavə edilib

“Yukos”un keçmiş baş direktoru Mixail Xodorkovski (xarici agentlərin reyestrinə daxil edilib) Rusiyanın terrorçu və ekstremistlər siyahısına əlavə edilib. 1xeber.media xəbər verir ki, bu məlumat noyabrın 19-da Rosfinmonitorinqin rəsmi saytında yerləşdirilib.

"Xodorkovski, Mixail Borisoviç, 26 iyun 1963-cü ildə Moskvada anadan olub", - sayt yazır.

Bundan başqa, eyni siyahıya sovet və amerikalı virusoloq Konstantin Çumakov və akademik Yuri Pivovarov da əlavə edilib.