Almaniya kansleri Fridrix Merz Braziliyada qəzəb doğuran sözlərinə görə üzr istəməyəcək.
1xeber.media xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Stefan Kornelius bildirib.
Berlində çıxışı zamanı kansler bildirib ki, onun jurnalistləri BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP30) keçirildiyi Braziliyanın Belem do Para şəhərindən “gözəl” Almaniyaya qayıtmaqdan şaddırlar.
Bloomberg-in məlumatına görə, Merzin sözləri Belem-in tənqidi kimi qəbul edilib və Braziliyada qəzəb doğurub.
Bununla belə, Kornelius qeyd edir ki, bu sözlərdə heç bir ayrı-seçkilik elementi yoxdur. "Bu qeyd, əsasən, çox yorucu bir gecə uçuşundan və Belemdə uzun bir günün ardından nümayəndə heyətinin geri qayıtmaq istəyinə istinad etdi" dedi.
Bundan əvvəl Merz ölkə qarşısında duran əsas məsələləri həll edə bilmədiyi üçün almanların səbrinin tükəndiyi barədə xəbərdarlıq etmişdi. Bloomberg-in məlumatına görə, siyasətçinin hökuməti səlahiyyət müddətini başa vurmayan sələfi Olaf Şolzun kabineti ilə eyni aqibəti yaşaya bilər.