Вернуться назад Распечатать

Daha 5 bölgədə sosial evlər inşa ediləcək

Sosial evlərin MİDA tərəfindən bölgələrdə də  inşa olunması planlaşdırılır. Bizdə olan məlumatlara görə, hazırda beş belə layihənin ilkin olaraq nəzərdə tutulduğu bildirilir. Onlardan biri Şəmkir şəhərində olacaq".

1xeber.media xəbər verir ki,bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Oruc deyib. 

O bildirib ki, digər layihələr isə müvafiq olaraq inkişaf etməkdə olan bölgələrimizdə planlaşdırılır:

"Bu proses getdikcə bütün Azərbaycanı əhatə edəcək. Çünki sosial evlər mənzil əlçatanlığının təmin olunması üçün hal-hazırda əsas vasitələrdən biridir və İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaradılmış imkanlarla yanaşı, MİDA tərəfindən də bu istiqamətdə müxtəlif layihələr icra olunur.

Dəqiq ünvanlara gəlincə, hal-hazırda icrada olan və icra olunması planlaşdırılan ərazilər Yevlax, Şirvan, Saray qəsəbəsi, Şəmkir və Hövsandır. Hövsanda əlavə olaraq beş binanın inşası nəzərdə tutulub, çünki tələbat yüksəkdir".

Ekspert deyib ki, MİDA bununla kifayətlənməyəcək:

"Azərbaycanın digər bölgələrində də ehtiyaca uyğun olaraq sosial evlərin tikintisinə başlanılması planlaşdırılır. 
Hazırda Şirvan və Yevlaxda satışa artıq start verilib. 

Şəmkirdə layihə planlaşdırılır, Sarayda tikinti davam edir və Hövsanda beş binanın inşası nəzərdə tutulur. 

Ənənəvi elektron müraciət metodundan imtina edib, müvafiq qurumlar tərəfindən birbaşa siyahıyaalma aparılması daha məqsədəuyğun olar. Bu halda növbəlilik prinsipi və bu evlərin paylanması və ya satılması daha effektiv şəkildə həll olunar".