Вернуться назад Распечатать

Keçmiş nazirin Universitetində tələbələr narazılıq edir

Qərbi Kaspi Universitetinin tələbələri təhsil ocağında tətbiq edilən bəzi qaydalardan narazıdırlar.

1xeber.media-nın  məlumatına görə, tələbələr iddia edirlər ki, dərs başlayanda onların telefonları əllərindən alınır, bayram günlərində keçirilməyən dərslər həftəsonu keçirilir, bufet işləmir.

Unıversıtetın tələbələri bildirirlər ki, təhsil ocağında tətbiq edilən bəzi qaydalar onların hüquqlarını pozur.

Onlar deyirlər ki, dərslər həftəsonuna salındığından istirahət etməyə imkanları olmur.

Məsələ ilə bağlı Qərbi Kaspi Universitetinin Tədrisin təşkili və idarə  olunması mərkəzinin müdiri Piri Axundov “Xəzər Xəbər”ə bildirdi ki, tələbələrin iddiaları həqiqəti əks etdirmir.