Вернуться назад Распечатать

Zelenski ABŞ-ın ordu katibi ilə görüşüb

1xeber.media xəbər agentliyi məlumatlı mənbəyə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın ordu katibi Daniel Driskoll və Amerika baş qərargahının nümayəndələri ilə görüşüb.

Danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iştirak edir. Onun Ukraynaya qayıtması iş adamı Timur Mindiçin korrupsiya sxemində əli olması ehtimalı ilə bağlı yayılan xəbərlər fonunda baş verib.

Həmin gün Ukraynanın “Avropa Həmrəyliyi” partiyası Ali Radada Zelenskidən Andrey Yermak və Umerovun prezident aparatının rəhbərləri vəzifələrindən azad edilməsini tələb edən qətnamə qəbul edib.