1xeber.media xəbər verir ki, Ukraynanın “Birinci Qərb” telekanalı Ukrayna prezidenti Vladimir Zelenskinin Krımı Rusiya ərazisi kimi tanıdığı videonu yayımlayıb.
Noyabrın 19-da media orqanının saytında dərc olunan videoda Ukrayna prezidenti bəyan edir ki, Moskva rəsmi şəkildə Kiyevi hərbi münaqişədə qalib hesab etməyə razılıq verməsi şərti ilə Donetsk, Luqansk və Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır. Bundan başqa, həqiqiliyi sübuta yetirilməyən videoda Zelenski Rusiya prezidenti Vladimir Putinə Krım Respublikasına rəhbərlik etmək arzusunu ifadə edərək, “əlavə şərt” təqdim edib.
Video sonradan silinib. Ukrayna telekanalı insidentlə bağlı şərh verməyib və ya haker hücumu barədə məlumat verməyib.
Bundan əvvəl Ukraynanın “1+1” televiziya kanalı Zelenskinin BMT-dəki çıxışı zamanı boş auditoriyadakı tamaşaçıların şəklini əlavə etmişdi. Bunun üçün süni intellekt (AI) texnologiyasından istifadə edildiyi bildirilib.