Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xaçmaz şəhərində Nazirliyin Şimal Regional Mərkəzinin binasında Xaçmaz və Şabran rayonları sakinlərinin qəbulunu keçirib.
1xeber.media xəbər verir ki, əvvəlcə nazir ümummilli lider Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Sonra K. Heydərov tərəfindən qəbul edilən Xaçmaz və Şabran rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
FHN rəhbəri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.