Вернуться назад Распечатать

Kotlas hava limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib

Arxangelsk vilayətindəki Kotlas hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

1xeber.media xəbər verir ki, bu barədə noyabrın 20-də Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) sözçüsü Artem Korenyako məlumat verib.

"Kotlas Hava Limanı. Təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - o, Telegram kanalında yazıb.

O, məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu da açıqlayıb.