1xeber.media xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri ABŞ prezidenti Donald Trampın Ukraynaya dair sülh planının hazırlanmasında iştirak etməyib.
"Heç kim bu plana cəlb olunduğunu bildirmədi. Ona görə də cavab xeyrdir", - Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında məsələ ilə bağlı suala cavab verib.
Kallas onu da vurğulayıb ki, istənilən sülh planının uğurlu olması üçün ukraynalılar və avropalılar iştirak etməlidir.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun avropalı tərəfdaşları ilə Ukrayna böhranının həlli ilə bağlı Trampın sülh planını müzakirə edəcəyinə söz vermişdi.