Vyetnamın mərkəzində güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 41-ə çatıb.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Nazirliyi məlumat yayıb.
Məlumata görə, 16-20 noyabr tarixlərindəki aramsız yağışlar 52 mindən çox evə ziyan vurub və onları su altında qoyub.
13 000 hektardan çox kənd təsərrüfatı sahəsi və təxminən 2 100 hektar meyvə bağları ciddi ziyan görüb, 30 000-dən çox mal-qara və quş tələf olub.
Sel həmçinin avtomobil və dəmir yolu əlaqələrini ciddi şəkildə pozub.