Вернуться назад Распечатать

Pezeşkian Tehranla bağlı qərarında israr edir

İran prezidenti Məsud Pezeşkian paytaxtı Tehrandan köçürməyin zəruri olduğunu düşünür.

1xeber.media xəbər verir ki, buna səbəb əhalinin sıxlığı və su çatışmazlığıdır. 

"Bizim başqa seçimimiz yoxdur. Bu, zərurətdir", - Pezeşkian vurğulayıb.

Dövlət başçısı izah edib ki, Tehran əhalisi artmağa davam edərsə, bütün sakinləri su ilə təmin etmək mümkün olmayacaq. Pezeşkian həmçinin bəzi bölgələrdə su çatışmazlığı problemini qeyd edib.