Вернуться назад Распечатать

Qalmaqallı şirkət borca düşüb - Rəhbəri dəyişdirilir?

"Göyçay-Avtonəqliyyat" Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının illik ümumi yığıncağı çağırılıb.

1xeber.media xəbər verir ki, toplantının gündəliyinə qurumun illik hesabatının təsdiqi, Müşahidə Şurası üzvlərinin və sədrinin, İdarə Heyəti üzvlərinin və rəhbərinin seçilməsi daxildir.

Ümumi yığıncaqla bağlı elandan məlum olur ki, cəmiyyət borca düşüb. Çünki iclasın gündəliyində "Göyçay-Avtonəqliyyat" ASC-nın yaranmış borc öhdəliklərinin ödənilməsi məsələsinin müzakirəsu də var.

Bundan başqa, toplantıda cəmiyyətin bəzi binalarının qəzalı və təhlükəli vəziyyətdə olması, onların təmiri üçün maliyyə mənbələrinin tapılması məsələsi müzakirə olunacaq. 

Ümumi yığıncaq yanvarın 13-də saat 15:00-da Göyçay şəhəri, Mikayıl Müşfiq küçəsi 2 ünvanında keçiriləcək. 

Qeyd edək ki "Göyçay-Avtonəqliyyat" ASC-nin sədri Arif Əliyevdir. Onun adı uzun illərdir müxtəlif qalmaqallarda hallanır.

yeni sabah