Вернуться назад Распечатать

Bakıya gələn ermənilərin kimlikləri açıqlandı

Ermənistan vətəndaş cəmiyyətinin adından Bakıya kimin gəldiyi məlum olub.

1xeber.media erməni mediasına istinadən xəbər verir ki, bunlar İrəvan Mətbuat Klubunun sədri Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyandır.

Daha əvvəl Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinin Bakıya gəldiyi barədə məlumat vermişdik. Ermənistan hökuməti İrəvan–Bakı–İrəvan çarter reysləri üçün 17,5 milyon dram ayırıb.