Вернуться назад Распечатать

Dubay aviaşousunda qəza oldu - VİDEO

Birləşmiş Ərəb Əmirliyində “Dubai Air Show” aviaşousunda Hindistana hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi qəzaya uğrayıb.

1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, “HAL Tejas” qırıcısı yerli vaxtla saat 14:10-da nümayiş xarakterli uçuş zamanı tamaşaçıların gözü qarşısında yerə çırpılaraq partlayıb.

Pilotun vəziyyəti barədə məlumat verilməyib.