Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh planını dəstəkləyib.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 21-də prezidentin mətbuat xidməti məlumat yayıb.
“Mövcud geosiyasi vəziyyətdə mən ABŞ prezidenti Donald Trampın Ukraynadakı vəziyyəti həll etmək səylərini, eləcə də təqdim etdiyi planı dəstəkləyirəm”, - o, mətbuat xidmətinin Teleqram kanalında deyib.
Tokayevin sözlərinə görə, Qazaxıstan da Ermənistan və Azərbaycanın sülh təşəbbüslərinin birgə nəzərdən keçirilməsini alqışlayır.