Xural TV-nin rəhbəri Əvəz Zeynallı keçmiş qaçqınkom Əli Həsənovun Ramiz Mehdiyevlə münasibətləri, onların arvadlarının öz aralarında erməni dilində danışdıqları barədə danışmışdı.
Əli Həsənov bu iddianı əsassız sayaraq deyir ki, onun həyat yoldaşı, əslən qarabağlıdır, ermənicə bilmir, ailəsi nə Ramiz Mehdiyevi, nə də onun ailəsini də heç vaxt canlı şəkildə görməyib…
Amma Əli müəllim qardaşı Ramiz Həsənovun adaşı Ramiz Mehdiyevi görmədiyini deyə bilməz. Bu lap ağ yalan olar.
Beləki, Ramiz Həsənov qardaşının hesabına və Ramiz Mehdiyevin “xeyir-dua”sı ilə əvvəl Sumqayıt İcra Hakimiyyətində başçı müavini olub, 2011-ci ildən isə Zəngilanda icra başçısı işləyir.
Bu sözləri Sima Babayeva adlı sosial şəbəkə istifadəçisi özünün Facebook səhifəsində etdiyi paylaşımda qeyd edib.
Babayeva daha sonra bildirirb ki,cənab Əli Həsənov deyəsən yer və milliyyət anlayışını bilərəkdən qarışdırır. Hansısa ərazidə doğulmaq, erməni dilini bilməmək insanın erməni olmamasına dəlalət etmir.
Heç kimə sirr deyil ki, Ermənistandan bütün azərbaycanlılar qovulduğu halda Azərbaycanda ermənilərə qarşı humanist davrandılar.
Xeyli sayda erməni köçməyib burada qaldılar. Münaqişə hələ başlayan illərdə təkcə Bakıda 30 min erməninin yaşadığı bildirilirdi.
Respublikanın başqa yerlərində də onların nümayəndələri qalmışdı. İndi yəqin onların sayı müəyyən qədər artıb. O vaxt SSRİ-nin dağılması ərəfəsində yaranmış anarxiyadan istifadə edərək çox erməni pasportda soyadını, milliyyətini dəyişdirdi.
Onların bir qismi azərbaycanlılarla ailə qurmuş qadınlar olub… Od olmayan yerdə tüstü çıxmaz deyiblər. 22 il qaçqınkom olub qaçqınların, məcburi köçkünlərin malına-puluna göz dikən, onlara ayrılmış dövlət vəsaiti ilə özünə, ailəsinə dəbdəbəli həyat yaşadan bir kəs elə ermənidir, hələ ondan da betərdir.
“Biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi.
Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb?
Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var.
Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar.
Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır.
Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib.” Bunu cənab Prezident İlham Əliyev 13 may 2020-ci il tarixindəki çıxışında deyib.
Dövlət başçısının qeydlərindən də görünür ki, Əli Həsənovun 22 il ərzində nələr edib. Bu adamı ancaq cibi, nəfsi düşündürüb.
Harınlığı ailəsinə də sirayət edib. İndi deyir, ailə müsəlman aləmində hər bir kişi üçün müqəddəsdir. Bəs o ailəyə haram pul aparanda görəsən Əli Həsənovun yadına müsəlmanlıq düşmürdü?
O ailə qaçqınların haqqını yeyib ölkədə və xaricdə özlərinə biznes şəbəkəsi qurublar. O ailədən Nail Allahverdiyev kimi ərköyün nəvə peyda olub.
2017-ci ildə Əli Həsənovun nəvəsi Nail yüksək sürətlə sürdüyü avtomobillə iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəza törətmişdi.
Amma babasının və Ramiz Ənvəroviç Mehdiyevin sayəsində iki il sonra azadlığa buraxıldı. Nail Allahverdiyevin bahalı avtomobillər, yüksək sürət həvəskarı olduğunu çox adam bilirdi.
Nail Allahverdiyevin atası Elman Allahverdiyev oğlunun qəza törədib adam öldürdüyü dövrdə Almaniyada milyonlarla avroya hotel alıb.
Bu hələ Əli Həsənovun ailəsinə məxsus olan, onun var-dövlət siyahısındakılardan biridir. Qalanlarını hüquq-mühafizə orqanları araşdırıb onların necə yaradıldığını, fəaliyyətlərini, maliyyə mənbələrini araşdırsınlar.