1xeber.media xəbər verir ki, Bağdadda İraqın xarici işlər naziri Fuad Hüseyn və onun həmkarları Suriyadan Abbas Əraqçi və İrandan Bassam Sabbaq arasında üçtərəfli danışıqlar baş tutub.
Bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.“Görüşdə bütövlükdə regionun üzləşdiyi problemlərə və Suriyada təhlükəsizliklə bağlı son hadisələrə toxunulub.
İştirakçılar terrorizmi bütün forma və təzahürlərində pisləyib və ona qarşı birgə fəaliyyətin zəruriliyini vurğulayıblar”, - deyə məlumatda bildirilir.İraq Xarici İşlər Nazirliyi bildirmişdir ki, departament rəhbərləri İsrailin Suriya, eləcə də Qəzza və Livana qarşı davam edən hücumlarını pisləmiş, həmçinin Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulamışlar.