Вернуться назад Распечатать

Bakıda çoxmərtəbəli binada yanğın oldu - Video - Yenilənib

Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verib.

1xeber.media xəbər verri ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

FHN-in yaydığı son məlumata görə, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.