Вернуться назад Распечатать

Gecə telefon istifadəsi 24 yaşlı gənci bir gözündən kor etdi

Çində qeyri-adi tibbi hadisə baş verib.

1xeber.media xəbər verir ki, 24 yaşlı gənc gecə telefonu əlində uzanaraq video izləyərkən sağ gözündə qəfil müvəqqəti korluq yaşayıb.

Səhər açıldıqda görmə qismən bərpa olunub, lakin narahatlıq səbəbi ilə həkimə müraciət edib.

Müayinə zamanı həkimlər hər iki gözün dərin qatlarında “leopard ləkələrinə bənzər” izlər aşkarlayıblar. Xüsusilə sağ gözün zədələnməsi daha ağır olub.

Araşdırma göstərib ki, gənc kollec dövründə telefonu saatlarla böyrü üstə uzanaraq istifadə edib, bu isə onda 600 dərəcə yüksək miopiyanın (bərbad dərəcədə yaxın görmə) inkişafına səbəb olub. Həkimlər bildiriblər ki, insan böyrü üstə uzanaraq telefona baxanda, yastığa yaxın olan gözün qan damarları sıxılır və bu da həmin gözün qanla təminatını zəiflədir.

Mütəxəssislər xəbərdarlıq edirlər: böyrü üstə, qarınüstə və ya çarpayıda arxası üstə telefon istifadə etmək, xüsusilə miopiyası olanlar üçün son dərəcə təhlükəlidir. Bu vərdiş görmənin ciddi zəifləməsinə və hətta tam korluğa səbəb ola bilər.

Həkimlər telefon istifadəsi zamanı düzgün oturmanı, işıqlandırmanı və fasilə verməyi şiddətlə tövsiyə edirlər.