1xeber.media xəbər verir ki, Avropa diplomatiyasının keçmiş rəhbəri Josep Borrell bildirib ki, Donald Trampın dövründə ABŞ artıq Aİ-nin müttəfiqi sayıla bilməz.
“Ukraynada müharibəyə son qoymaq üçün 28 bəndlik planın dərcindən sonra Trampın ABŞ-ı artıq Avropanın müttəfiqi hesab etmək olmaz”, - o vurğulayıb.
Diplomat qeyd edib ki, Aİ-nin öz təhlükəsizliyinə təsir edən məsələlərlə bağlı məsləhətləşmələri belə aparılmır. O, Aİ-ni ABŞ-a münasibətinə yenidən baxmağa çağırıb.
Bundan əvvəl amerikalı iqtisadçı Riçard Volf bəyan etmişdi ki, Avropa qitənin ən böyük ölkəsi olan Rusiyanın iştirakı olmadan təhlükəsizlik arxitekturasını qura bilməz.