Вернуться назад Распечатать

Krasnodar hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Krasnodar hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

1xeber.media xəbər verir ki, bu barədə noyabrın 24-də Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) sözçüsü Artem Korenyako məlumat verib.

"Krasnodar Hava Limanı (Paşkovski). Təyyarələrin gəlişi və uçuşu ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - o, Teleqram kanalında yazıb.

Korenyako bir daha qeyd edib ki, tədbirlər sərnişin reyslərinin təhlükəsizliyini təmin etmək üçün zəruridir.