Вернуться назад Распечатать

Gələn il Pekinə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə telefon danışığı zamanı gələn ilin aprelində Pekinə rəsmi səfər etməsi üçün dəvət alıb.

1xeber.media xəbər verir ki, bu barədə ABŞ liderinin özü deyib.

Trampın sözlərinə görə, Pekin səfərindən sonra 2026-cı ildə Si Cinpinin ABŞ-yə dövlət səfəri baş tutacaq. O, iki ölkə arasında son aylarda əldə olunan razılaşmaların icrası ilə bağlı “əhəmiyyətli irəliləyiş” olduğunu da vurğulayıb.

“Hazırda daha geniş məsələlərə fokuslana bilərik. Buna görə Si Cinpin məni apreldə Pekinə dəvət edib. Mən də onu 2026-cı ildə ABŞ-yə dövlət səfərinə dəvət etmişəm”, – deyə Tramp bildirib.