1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı təklif etdiyi planın əksər bəndləri ilə razılaşdığını bildirib.
"Düşünürəm ki, biz düzgün istiqamətdə irəliləyirik. Volodimir Zelenskinin dediyi kimi mətnin böyük hissəsinin qəbul oluna biləcəyinə dair sübutlar var", - o deyib.
Britaniyanın baş nazirinin sözlərinə görə, Ukrayna ABŞ-ın sülh planına “bəzi konstruktiv dəyişikliklər” etməyi təklif edib.
Bundan əvvəl CBS News xəbər vermişdi ki, Ukrayna hakimiyyəti münaqişənin həlli üçün Tramp administrasiyasının sülh planı ilə razılaşıb, lakin razılaşmanın bəzi bəndlərinin hələ də yekunlaşdırılmasına ehtiyac var.