1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Hava Hücumundan Müdafiə Qüvvələri on saat ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 16 pilotsuz uçuş aparatını (PUA) Rusiya regionları üzərində məhv edib.
"Moskva vaxtı ilə səhər saat 10:00-dan axşam saat 20:00-a qədər hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 16 sabit qanadlı pilotsuz uçuş aparatını məhv edib", - nazirliyin Telegram kanalında bildirilib.
Belqorod vilayətində on, Bryansk vilayətində üç, Kursk vilayətində iki və Voronej vilayətində bir PUA vurulub.