Вернуться назад Распечатать

Putin Gennadi Lopatini Rusiya Federasiyası Baş prokurorunun müavini vəzifəsindən azad edib

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası baş prokurorunun müavini Gennadi Lopatini vəzifəsindən azad edib.

1xeber.media xəbər verir ki, müvafiq fərman noyabrın 25-də rəsmi hüquqi informasiya saytında dərc olunub.

“Gennadi Borisoviç Lopatin Rusiya Federasiyasının Baş prokurorunun müavini vəzifəsindən azad edilsin”, - sənəddə deyilir.

Prezident həmçinin qeyd edib ki, Oleq Loqunovu Rusiya Federasiyası Baş Prokurorluğunun Kadrlar üzrə Baş İdarəsinin rəisi təyin edib.